Xalq artisti Zaur Rzayevin reanimasiyada son durumu

  • 2026.10.27 16:35
  • 162 Baxış
Xalq artisti Zaur Rzayevin  reanimasiyada   son durumu



Xalq artisti Zaur Rzayevin son vəziyyəti məlum olub.


Medicina.az xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, reanimasiya şöbəsində müalicəsi davam etdirilən 74 yaşlı Zaur Rzayevin vəziyyəti kritik-ağır qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 14-ü onun vəziyyəti pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.