Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

  • 2026.10.07 22:23
  • 297 Baxış
Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi    qaçılmazdır


Qırtlaq xərçəngi hər il təxminən 28000 insanın ölümünə səbəb olur.


Daha çox kişilərdə rast gəlinən qırtlaq xərçənginin bir nömrəli səbəbi siqaret hesab olunurdu.

Medicina.az xəbər verir ki, isveçli tədqiqatçılar oral cinsi münasibətin siqaret çəkməkdən daha çox bədxassəli şişlərin səbəbi olduğunu irəli sürüb.

Elmi tədqiqatlar göstərir ki, altıdan çox partnyorla oral məşğul olan kişilər və qadınlarda qırtlaq xərçəngi riski 8,6 dəfə artır . Bu risk çoxlu içki içənlərdə ikiqat, siqaret çəkənlərdə isə üçqat artır.

Baltimordakı Con Hopkins Xəstəxanasının tədqiqatçısı Mora Gillisonun sözlərinə görə, HPV virusu bədxassəli şişlərin inkişaf riskini ən çox artıran virusdur. Və bu virus oral münasibət zamanı dəri təması ilə ağız boşluğundan qırtlağa keçir və orda hüceyrələri pozur.


Aygün M