ABŞ-da bir pedofil özünü 17 yaşlı evsiz qız kimi təqdim edərək Minnesota məktəbinə yazılmağa cəhd edib.
Medicina.az xəbər verir ki, 29 yaşlı Makayla Kreyq 22 oktyabr cümə axşamı günü Minneapolis yaxınlığında yerləşən Maple Grove Liseyinin işçiləri polisə müraciət etdikdən sonra həbs edilib.
Onlar bildirib ki, kişi Oreqondan olan 17 yaşlı Mollinin adına sənədlər təqdim edib və məktəbə yazılmaq istəyib.
Dindirmə zamanı o, təhsilini başa vurmadığını və indi bunu etmək istədiyini bildirib. O, rəsmi olaraq cinsi cinayətkar kimi qeydiyyata alınıb. Kreyqin qurbanının uşaq olduğu məlumdur. Həmçinin məlum olub ki, 2025-ci ildə həmin kişi əvvəllər də oxşar sxemdən istifadə edərək Oreqon ştatının Albani şəhərindəki bir məktəbə yazılmağa cəhd edib. O vaxtlar o, özünü 15 yaşlı Madison adlı qız kimi təqdim etmiş və bir ay həbs cəzası almışdı.
Pedofil hazırda sənəd saxtakarlığında ittiham olunur və bu, uzunmüddətli həbs cəzası ilə nəticələnə bilər. O, hələ də həbsdədir və istintaq davam edir.
Aygün Musayeva