Nevralgiya ilə mübarizə: kompleks yanaşma və orqanizmin detoksikasiyasının rolu - VİDEO

  • 2026.10.27 14:45
  • 138 Baxış
Nevralgiya ilə mübarizə: kompleks yanaşma və orqanizmin detoksikasiyasının rolu  -  VİDEO

7 il davam edən 3lü sinir ağrılarına fərqli müalicə yanaşması ilə son qoyuldu.

İllərlə davam edən şiddətli üz ağrıları, gündəlik həyatın məhdudlaşması, dərmanlardan asılılıq, üstəlik dərman müalicəsindən gözlənilən nəticənin alınmaması... Səidə Quliyevanın hekayəsi xroniki ağrı ilə yaşayan insanların qarşılaşdığı çətinlikləri bir daha gündəmə gətirir.

Medicina.az xəbər verir ki, Səidə Quliyeva yeddi il ərzində üçlü sinir nevralgiyasından əziyyət çəkib. Onun sözlərinə görə ağrılar o qədər güclü olub ki, hətta danışmaq və yemək də çətinləşib. Müxtəlif həkimlərə müraciət etsə də şikayətləri uzun müddət davam edib. Ağrıkəsicilər xəstənin gündəlik həyatının bir hissəsinə çevrilmişdi.
İnteqrativ müalicəyə müraciət edən pasiyentin sözlərinə görə, aparılan prosedurların altıncı günü ağrıları azalıb və ağrıkəsici dərmanlardan istifadəni dayandırıb.

Toksin yükün idarə olunması

İnteqrativ Tibb Mütəxəssisi, nevroloq-osteopat Aygün Məmmədova qeyd edir ki, pasiyentdə ilkin olaraq drenaj-detoksikasiya proseduru icra olunub. Beləliklə də, illərlə kimyəvi dərman təsirinə məruz qalaraq toksinlərlə yüklənmiş orqanizm təmizlənib. Təmizlənmiş orqanizm yeni müalicəyə uyğun vəziyyətə gətirilib.

Mütəxəssis qeyd edir ki, orqanizmin daxili mühitinin sabitliyi, qaraciyər və böyrəklərin normal fəaliyyəti, maddələr mübadiləsi və zərərli maddələrin xaric edilməsi mühüm əhəmiyyət daşıyır.

Müalicə proqramına nevral terapiya çərçivəsində nevralgiya üçün nəzərdə tutulan infuziyalar da daxil edilib. Pasiyent müalicənin altıncı günündən sonra ağrıların aradan qalxdığını bildirir.

Pasiyentin hekayəsini İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.