Nuhun gəmisi radarla tapıldı – Ağrı dağında qazıntılar

  • 2026.09.28 23:10
  • 267 Baxış
Nuhun gəmisi radarla tapıldı  – Ağrı dağında qazıntılar

Nuhun gəmisinin ümumdünya subasmasından sonra harda torpağa enməsi barədə müxtəlif fərziyyələr var idi. Dünyada bir neçə yer Nuhun gəmisinin düşdüyü yer kimi göstərilirdi. Hər ölkə, xalq hətta öz Nuhun gəmisinin düşdüyü yerin olduğuna inanırdı.

Medicina.az xəbər verir ki, alimlər Ağrı dağından 29 km aralı bir dağda gəmiyə oxşar nəhəng bir forma aşkar edib.

Durupınar yüksəkliyi 164 metr uzunluqdadır. Radarla araşdırmalardan sonra həmin yerin altında gəminin ayrı-ayrı forma və hissələrinə bənzər elementlər təsbit edildi.


Bu formanın içindən alınan torpaq nümunələrində 5000 il öncə əvvələ aid dəniz canlıları qalıqları olduğu irəli sürülür.

Alimlər bu yerdə qazıntılara başlayacaq.

Əgər fərziyyələr təsdiqini tapsa, Nuhun gəmisi üzə çıxa bilər.

Aygün Musayeva