Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

  • 2026.10.30 20:10
  • 120 Baxış
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik    riskini artırır


Bir saat gec yatmaq sizi ölümcül xəstəlik riski ilə üz-üzə qoya bilər.


Medicina.az xəbər verir ki, yeni elmi açıqlamaya görə, yatağa adət etdiyinizdən daha gec getmək, məsələn, telefona baxmaq, kitab oxumaqla yuxu müddətindən kəsmək çöx təhlükəlidir.

Yatış vaxtınızı cəmi bir saat gecikdirmək sizi "səssiz qatil" adlandırılan xəstəliklərə tutulma riski ilə üz-üzə qoya bilər.

Ürək problemləri və digər ürək-damar xəstəlikləri Böyük Britaniyada ölüm hallarının əsas səbəblərindən biridir və bütün ölüm hallarının təxminən dörddə birini təşkil edir.

Qidalanma tərzi, fiziki fəaliyyət tezliyi və genetik amillər kimi bir sıra faktorlar ürək problemləri riskini artıra bilər.

Lakin yeni araşdırmalar göstərir ki, yuxu vərdişləriniz də ürək sağlamlığınıza ciddi təsir göstərə bilər.

Kardioloq Oleq Vorfolomeyevin sözlərinə görə, gecə yuxusuz qalmaq ürəyə zərər verə bilər. Alimlər belə qənaətə gəliblər ki, hətta yüngül dərəcəli yuxu çatışmazlığı belə təhlükəli ola bilər".


12 həftə davam edən araşdırmada, adətən hər gecə tövsiyə olunan yeddi-səkkiz saat yuxu alan 35 sağlam qadın iştirak edib.

Tədqiqatın ilk altı həftəsində iştirakçılar müntəzəm yuxu rejiminə riayət ediblər. Növbəti altı həftə ərzində isə onlar yatağa adət etdiklərindən bir saat yarım gec gediblər. Onlar biləklərində yuxu izləyici cihazlar gəzdiriblər ki, bu da yuxu vərdişlərinin müşahidə olunmasına imkan verib.

Müəyyən edilib ki, cəmi altı həftəlik yuxu çatışmazlığından sonra iştirakçıların qan damarlarının daxili səthini örtən hüceyrələr zərərli oksidləşdirici maddələrin təsirinə məruz qalıb.

"Bu ona görə baş verib ki, yuxusuzluqdan əziyyət çəkən hüceyrələr zərərli molekulları təmizləmək üçün antioksidant reaksiyaları işə sala bilməyiblər. Nəticədə, yuxu çatışmazlığı olan bu hüceyrələrdə iltihab yaranıb və onlar öz funksiyalarını itiriblər; bu isə ürək-damar xəstəliklərinin inkişafında kritik ilkin mərhələdir".

Bu, yüngül, lakin xroniki yuxu çatışmazlığının ürək xəstəliklərinə səbəb olduğuna dair ilk birbaşa sübutlardan biridir. Əvvəllər yuxu ilə ürək sağlamlığı arasındakı əlaqə yalnız epidemioloji tədqiqatlarda müşahidə olunmuşdu; Bununla belə, bu cür tədqiqatların nəticələri müəyyən edilməsi və nəzərə alınması çətin olan çoxsaylı amillər səbəbindən təhrif oluna bilər.


İnsanların əksəriyyəti hər gün təxminən eyni vaxtda oyansa da, yatma vaxtını bir-iki saat gecikdirirlər. Tədqiqatçılar yetkinlər arasında ən geniş yayılmış yuxu rejimi olan bu davranışı simulyasiya etməyə çalışıblar.

Kardioloq yetkinlərə hər gecə yeddi-doqquz saat yatmağı tövsiyə edir. Lakin məlumatlar göstərir ki, insanların yalnız 32 faizi yeddi saat, 17 faizi isə səkkiz saat yatır.

"Əgər insanlar gündə ən azı yeddi-səkkiz saat yatsaydılar, çox problem həll oluna bilərdi. Gənc və sağlam insanlar bilməlidirlər ki, mütəmadi olaraq kifayət qədər yatmadıqda, ürək-damar xəstəliklərinə tutulma riskini artırırlar."

Aygün Musayeva