Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində piyadanı avtomobil vurub.
Hadisə ilə bağlı TƏBİB-dən "Bakupost"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 06:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
"Təcili tibbi yardım briqadası tərəfindən 1980-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Qabırğaların çoxsaylı sınıqları diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib.
Onun müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir",- deyə məlumatda qeyd olunub.
Medicina.az