Məktəbdə yıxılaraq həyatını itirən şagird dəfn olundu

  • 2026.10.29 18:42
  • 134 Baxış
Məktəbdə yıxılaraq həyatını itirən şagird dəfn olundu


Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu .



Medicina.az Oxu.Az-a istinadla xəbər verir ki, 7-ci sinif şagirdi G.D. Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, mərhumun anası, 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı 2023-cü ilin avqustunda qatar vuraraq öldürüb.

Belə ki, 2023-cü il avqustun 16-da saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrində hərəkətdə olan qatar Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Səadət Azadxan qızı Dadaşovanı vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.