Universitet müəllimi intim görüş zamanı öldü

  • 2026.10.12 22:09
  • 519 Baxış
Universitet müəllimi intim görüş zamanı    öldü



Ambrose Alli Universitetinin (Edo, Nigeriya) baş müəllimi Dr. Metyu Uvuyiqbe qadınla görüş zamanı vəfat edib.

Medicina.az xəbər verir ki, ölüm səbəbi hələ də müəyyən edilməyib. Amma onun 21 yaşlı Angela Defa Jacob ilə otel otağı kirayələdiyi məlumdur.

Qadın daha görüşdən dərhal sonra müştərisinin özünü pis hiss etdiyini və ona su almağa getdiyini bildirdi. Lakin Angela qayıdanda Metyu ölmüşdü.

Polis Angela ilə yanaşı, otel sahibi və menecerini də saxlayıb. Universitet rəsmiləri bunun müəllimin işdən kənar, şəxsi həyat məsələsi olduğunu bildirərək, şərh verməyib.


Aygün M