Kubalı voleybolçu Robotik Reabilitasiya mərkəzində müalicə olundu - VİDEO

  • 2026.10.09 17:21
  • 189 Baxış
Kubalı voleybolçu Robotik Reabilitasiya mərkəzində  müalicə olundu  - VİDEO


Kubalı peşəkar voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində reabilitasiyadan uğurlu nəticə əldə edib

Medicina.az xəbər verir ki, voleybolçu Luis Elian Estrada iki il əvvəl məşq zamanı diz travması səbəbindən əməliyyat olunub. Bir çox ölkədə reabilitasiya keçsə də, hərəkət və oyun zamanı ağrıları davam edib, idman performansında çətinliklər yaşayıb.

Azərbaycanda fəaliyyətə başladıqdan sonra Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinə müraciət edən idmançı mütəxəssislərin nəzarəti altında reabilitasiya proqramına cəlb olunub.

Reabilitasiya proqramından sonra voleybolçunun fiziki vəziyyəti yaxşılaşıb və yarışlarda daha uğurlu nəticələr əldə edib.

Medicina.az