Özəl təcili yardım maşını ilə xəstəxanaya aparılan və sinə ağrısından əziyyət çəkən bir xəstə xəstəxanaya çatdırılmayıb.
"Bakupost" xəbər verir ki,ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində, ambulansda çalışan bir sürücü xəstə təxliyə edərkən, bir müddət sonra yolu azdığını fərq etdi. O, xəstəxanaya gedən yolu tapmağa çalışmaq əvəzinə, sərnişininə növbəsinin bitdiyini bildirdi. Daha sonra sadəcə taksi çağırıb oradan uzaqlaşdı və qadını təcili yardım maşınının içində tək qoydu.
Xoşbəxtlikdən, bələdiyyəyə məxsus təcili yardım briqadası qadına kömək etmək üçün hadisə yerinə gəldi; onlar qadının xəstəxanaya çatdırılmasını və lazımi tibbi yardım almasını təmin etdilər. Təcili yardım xidmətləri həmkarlar ittifaqının nümayəndələri xüsusi olaraq vurğuladılar ki, baş verən hadisədə bələdiyyə təcili yardım xidmətinin heç bir aidiyyəti yoxdur.
Aygün Musayeva
MEDICINA/AZ