Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

  • 2026.11.18 16:54
  • 106 Baxış
Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?



Qan analizi Altsheymer xəstəliyini başlamasından 10 il əvvəl 80% dəqiqliklə proqnozlaşdıra bilər.

Medicina.az xəbər verir ki, nevrooloq Aleksandra Alexinanın sözlərinə görə, qan analizi Altsheymer xəstəliyini başlamasından 10 il əvvəl 80% dəqiqliklə proqnozlaşdıra bilər


Alimlər hesab edirlər ki, bu kəşf daha az invaziv (orqanizmə müdaxilə tələb etməyən) və daha ucuz skrininq prosesinə yol aça bilər.


Altsheymer xəstəliyi proqressiv xarakter daşıyır, zaman keçdikcə daha da ağırlaşır. Əksər hallarda ilk əlamətlər yaddaşla bağlı cüzi problemlər olur; daha sonra şəxsiyyət dəyişiklikləri, çaşqınlıq və oriyentasiya itkisi müşahidə edilir.

Diqqət yetirilməli erkən xəbərdaredici əlamətlər olsa da, əvvəllər simptomlar ortaya çıxmazdan əvvəl bir şəxsdə Altsheymer xəstəliyinin inkişaf edib-etməyəcəyini müəyyən etmək mümkün deyildi. Lakin indi tədqiqatçılar xəstəlik başlamazdan 10 il əvvələ qədər risk altında olan şəxsləri aşkar etməyin bir yolunu tapdıqlarına inanırlar.

"Tədqiqatımızda göstəririk ki, xəstəliyin inkişafının erkən mərhələlərində qanda qlikan səviyyələri dəyişir. Bu o demək ola bilər ki, biz yalnız qan analizi və yaddaşın qiymətləndirilməsi vasitəsilə Altsheymer xəstəliyi riskini proqnozlaşdıra biləcəyik", - deyə nevroloq Aleksandra Alexina bildirib.

Altsheymer xəstəliyi zamanı beyindəki neyronlar ölür; hesab edilir ki, bu proses beta-amiloid və tau zülallarının anormal toplanması nəticəsində baş verir.

Altsheymer xəstəliyinə qarşı dərmanlarla bağlı əvvəlki klinik sınaqlar göstərir ki, xəstəliyin qarşısını almaq və ya vəziyyəti geri çevirmək üçün müalicəyə patoloji prosesin erkən mərhələsində hələ çox sayda neyron məhv olmamışdan əvvəl başlamaq lazımdır.

Tədqiqat necə aparılıb?

Tədqiqata 233 iştirakçı cəlb olunub. 2001–2004-cü illər arasında onlardan qan nümunələri götürülüb və iştirakçılar yaddaş itkisi, demensiyanın başlanması kimi amillər baxımından mütəmadi olaraq izləniliblər. 17 il ərzində hər üç-altı ildən bir təkrar müayinələr aparılıb. Qan analizi Altsheymer xəstəliyinin qarşısını almağa kömək edə bilər


Tədqiqatçılar hazırda SNAC-K tədqiqatının qalan iştirakçılarından, eləcə də İsveçdə və digər ölkələrdə qocalma ilə bağlı aparılan başqa tədqiqatlarda iştirak edən şəxslərdən götürülmüş qan nümunələrini təhlil etməyi planlaşdırırlar.

“Alimlər ümid edirlər ki, qandakı qlikanlar Altsheymer xəstəliyi üçün mövcud skrininq üsullarına dəyərli bir əlavə olacaq və xəstəliyin erkən mərhələdə aşkar edilməsinə imkan yaradacaq.”

Tədqiqatçılar müəyyən ediblər ki, qlikanlar və tau zülalının xüsusi, uyğun səviyyələrinə malik şəxslərdə Altsheymer tipli demensiyanın inkişaf ehtimalı iki dəfədən çoxdur.

Aygün Musayeva