Densitometriya nədir? - MRT və KT densitometriyanı əvəz edə bilərmi?

  • 2026.11.18 15:23
  • 81 Baxış
Densitometriya nədir? -  MRT və KT densitometriyanı əvəz edə bilərmi?

Son günlər bəzi tibb müəssisələrində densitometriya cihazının olmadığı ilə bağlı məlumatlar gündəmdədir.

Medicina.az xəbər verir ki, Bakıda bu müayinəni həyata keçirən klinikaların sayının məhdud olması məsələnin aktuallığını daha da artırır.

Densitometriya sümük mineral sıxlığını ölçmək üçün istifadə olunan xüsusi müayinə üsuludur. Xüsusilə

Osteoporozun erkən diaqnostikası
Osteopeniyanın (sümük kütləsinin azalması) aşkarlanması
Onurğada olan deformasiyalar
Sümük sınıqlarının olma riskinin qiymətləndirilməsində əsas vasitələrdən biri hesab olunur.

MRT və KT niyə eyni funksiyanı yerinə yetirmir!

Mütəxəssislər MRT və KT-nin densitometriyanı əvəz etmədiyinə diqqət çəkirlər. Çünki bu müayinələrin məqsədi və müəyyən etdiyi göstəricilər fərqlidir.

MRT əsasən yumşaq toxumaların, onurğa beyninin, sinirlərin, fəqərəarası disklərin və oynaqların vəziyyətini qiymətləndirmək üçün istifadə olunur.
KT isə sümüklərin strukturunu, sınıqları və digər anatomik dəyişiklikləri ətraflı görüntüləyə bilir.

Lakin adi KT müayinəsi osteoporoz və ya osteoppeniyanın diaqnostikası üçün densitometriyanın birbaşa əvəzi deyil.

Osteoporozun vaxtında aşkarlanması niyə vacibdir?

Xəstəliyin ilkin mərhələlərində adətən nəzərəçarpan simptomlar olmur. Buna görə də osteoporoz çox vaxt sümük sınığı baş verdikdən sonra aşkarlanır.

Bu səbəbdən risk qrupunda olan şəxslərin vaxtında müayinəsi, sümük sıxlığının qiymətləndirilməsi və profilaktik tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.

Beləliklə, Osteoporozun diaqnostikası üçün uyğun müayinə metodunun və xüsusi avadanlığın əlçatan olması səhiyyə xidmətlərinin keyfiyyəti baxımından vacibdir.

Xatırladaq ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin Bakı və Masallı filiallarında Densitometriya müayinəsi yüksək dəqiqliklə və peşəkar mütəxəssislər tərəfindən icra olunur.

Ətraflı məlumat və konsultasiya üçün müraciət edə bilərsiniz.

Əlaqə: *0203
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küç. 110
(Memar Əcəmi metrosunun yaxınlığı)