Qanınızı qatılaşdıran 2 əsas səbəb

  • 2026.11.13 16:16
  • 185 Baxış
Qanınızı qatılaşdıran 2 əsas səbəb


Qidalanmada zülal və su çatışmazlığı qanın qatılaşmasına səbəb olur.


Medicina.az xəbər verir ki, toksikoloq, professor Mixail Kutuşovun sözlərinə görə, qidalanma zamanı edilən səhvlər insan qanının qatılaşmasına gətirib çıxara bilər.

Sağlam qan tərkibini qorumaq üçün zülal qəbulu vacibdir; qidalanmada zülalın çatışmaması qanın qatılaşmasına səbəb olur.

Ekspert zülal mənbələrini sadalayarkən qeyd edir:

"Qida rasionunuza yağsız ət (məsələn, ev quşu və ya hinduşka əti), dəniz balığı, süd məhsulları və yumurta daxil edilməlidir".

Endokrinoloq Zühra vurğulayır ki, orqanizm zülalı günün ilk yeməyindən etibarən almalıdır. Buna görə də, məsələn, səhər yeməyində yalnız sıyıq yemək düzgün deyil; onun yanında bir parça ət, balıq və ya yumurta da olmalıdır.

"Əslində, səhər yeməyində sıyıqdan tamamilə imtina etmək daha yaxşıdır. Ən sadə və sağlam seçimlərdən ikisi bunlardır: tam taxıllı çörək dilimi ilə verilən yumurta, yaxud yağsız bişirilmiş tərəvəzli yumurta (və ya omlet)".

Qanın qatılaşması məsələsinə toxunan həkimlər xəbərdarlıq edirlər ki, bu cür dəyişiklik varikoz damarlar, tromboflebit, stenokardiya və miokard infarktı (ürək tutması) kimi xəstəliklərə meyllilik yaradır.

Professor Kutuşov əlavə edir ki, qidalanmada zülal çatışmazlığı ilə yanaşı, kifayət qədər su içməmək də qanın qatılaşmasına səbəb ola bilər. Xüsusilə səhər yuxudan oyanan kimi su içmək çox vacibdir. Ekspert bu zaman bir böyük stəkan sadə, ilıq maye (su) qəbul etməyi tövsiyə edir. O izah etdi ki, gecə yuxusundan sonra orqanizmdə hipovolemiya – qanın qatılaşması nəticəsində dövr edən qan həcminin azalması halı baş verir. Qatılaşmış qanı vurmaq məcburiyyətində qalan ürək həddindən artıq yüklənir ki, bu da onun vəziyyətinə mənfi təsir göstərir.

Bundan əlavə, Dr. Kutuşov insanlara qəbul etdikləri şəkərin miqdarına nəzarət etməyi tövsiyə etdi, çünki şəkərin artıq olması da qanın qatılaşmasına səbəb ola bilər.

Aygün Musayeva