Evdə halı pisləşən 25 yaşlı qız öldü

  • 2026.11.12 16:04
  • 43 Baxış
Evdə halı pisləşən 25 yaşlı qız öldü


Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib.

2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

MEDİCİNA.AZ