Qurbağanı xərçəngdən müalicə etdilər

  • 2026.11.11 18:43
  • 71 Baxış
Qurbağanı xərçəngdən müalicə etdilər


Moskvada evdə saxlanılan qurbağa xərçəng olduğundan onu veterinar klinikada müalicəyə alıblar.


Medicina.az xəbər verir ki, sahibinin sözlərinə görə, heyvan özünü əzgin hiss edib. Onun rentgenində qırtlağında yeni törəmə aşkarlanıb.

Qurbağa narkoz altında əməliyyat olunub, şiş çıxarılıb, sonra reabilitasiya dövrü keçib. Hazırda heyvan yaxşıdır və evə göndərilir.

Aygün Musayeva