Qırmızı Bazarda minaya düşən şəxs cərrahiyyə əməliyyatına alınıb.
Medicina.az xəbər verir ki, Xocavənd rayonunda baş vermiş mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Bərdə rayon sakini 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Noyabrın 11-də işgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızı Bazar kəndi yaxınlığında mina hadisəsi baș verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatına istinadən bildirir ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsgəndər İsmayılov müxtəlif bədən xəsarətləri alıb.
Medicina. Az