Medicina.az xəbər verir ki, illərlə davam edən ağrılardan 3 seansla xilas oldu.
Xroniki
miqren tipli baş ağrısından əziyyət çəkən Fatimə xanım qeyd edir ki, xüsusilə sol tərəfli baş və göz ağrıları ilə yanaşı, ürəkbulanma da onun həyatını dözülməz həddə çatdırmışdı. Pasiyentin sözlərinə görə, təcili tibbi yardım zamanı bir neçə dəfə inyeksiya olunmağına baxmayaraq ağrılar müvəqqəti və cüzi azalıb, lakin tam aradan qalxmayıb.
“Başım o qədər şiddətli ağrıyırdı ki, elə bilirdim öləcəyəm”, – deyə Fatimə xanım müalicədən əvvəl yaşadığı ağır vəziyyəti təsvir edib.
3 seansdan sonra ağrılarda əhəmiyyətli azalma
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edən pasiyentə kompleks müalicə tətbiq olunub. Pasiyentin bildirdiyinə görə, 3 seansdan sonra ağrıları əhəmiyyətli dərəcədə azalıb.
Pasiyentə inteqrativ yanaşma çərçivəsində aşağıdakı prosedurlar tətbiq edilib:
-Drenaj- detoksikasiya
-Nevral terapiya
Baş ağrılarında kompleks yanaşma necə tətbiq olunur?
İnteqrativ Tibb Mütəxəssisi Aygün Məmmədova qeyd edir ki, inteqrativ yanaşmada məqsəd yalnız ağrının simptomlarını azaltmaq deyil, onun yaranmasına təsir edən mümkün amilləri də qiymətləndirməkdir. Bu baxımdan, ilkin olaraq orqanizm drenaj dekoksikasiya olunaraq toksik yüklərdən təmizlənir. Çünki, toksik yüklər sinir uclarını qıcıqlandıraraq ağrıya səbəb ola bilər. Nevral terapiya ilə kəllə-beyin mayesinin dövranı tənzimlənir.
Homeosiniatriya bədənin meridian nöqtələrinə biotənzimləyici preparatların tətbiqi ilə enerji blokunu götürür, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Osteopatiya isə kəllə-sümük gərginliyini azaldır, boyun əzələlərində sıxılmanı götürərək beynin normal qidalanmasını və oksigenə olan tələbatını normallaşdırır
Fatimə xanımın təəssüratlarını
İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.