Anar Bayramovun nazir təyin edilməsi ilə Səhiyyə Nazirliyində dəyişikliklər davam edir.
Medicina.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, şöbənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Hacıyev də işdən çıxarılıb.
Onun öz istəyi ilə işdən azad edildiyi bildirilir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Nigar Həmzəyeva da öz ərizəsi ilə işindən ayrılıb.