Ürək-damar xəstəlikləri və xərçəng ömür illərini əlimizdən alır.
Medicina.az Rusiya Elmlər Akademiyasının (REA) akademiki Gennadi Onişenkonun sözlərinə görə, onkoloji, endokrin və ürək-damar xəstəlikləri insanın gözlənilən ömür uzunluğuna ən çox təsir edən amillərdir:
"Bunlar təkcə ömür illərini oğurlamaqla qalmır, həm də ən yüksək ölüm göstəricilərinə səbəb olan xəstəlik qruplarıdır".
O, qrip, COVID-19 və ya digər tənəffüs yolu xəstəliklərinin bu xəstəliklərin inkişafı üçün zəmin yarada biləcəyini vurğulayıb. Akademik Rusiya vətəndaşlarını sağlamlıqlarına daha məsuliyyətlə yanaşmağa, xüsusilə fiziki cəhətdən aktiv olmağa, düzgün qidalanmağa və vaxtında peyvənd olunmağa çağırıb.
Daha əvvəl kardioloq Anastasiya Poskakalova damar sağlamlığını qorumaqla bağlı tövsiyələr verərək, insanlara siqareti tərgitməyi və spirtli içkilərdən həddindən artıq istifadə etməməyi məsləhət görmüşdü.
Aygün Musayeva