İranda COVID-19-a yoluxma halları artır. Artıq ölüm faktları da qeydə alınır. Qeyd olunur ki, yayılan koronavirusun alt ştamı əvvəlkilərlə müqayisədə daha sürətlə ötürülür və yoluxmaya səbəb olur. Vurğulanır ki, mövcud məlumatlara əsasən, COVID-19-a yoluxma hallarının sayında əhəmiyyətli artım və kəskin yüksəliş müşahidə olunur.
Medicina.az xəbər verir ki, oxu.Az-a danışan tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla bildirib ki, COVID-19 pandemiyası bitsə də, xəstəlik hələ tam aradan qalxmayıb.
O vurğulayıb ki, Avropada, eləcə də Azərbaycanda, İranda və digər yerlərdə mütəmadi olaraq infeksiya ocaqları qeydə alınır:
Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı?
"COVID-19-un bu şəkildə davam etməsinin səbəblərindən biri də pandemiya dövründə prosesin düzgün koordinasiya edilməməsi oldu. İnsanların böyük əksəriyyətinin vaksinasiya əleyhinə təbliğatın təsiri altına düşməsi, vaksin vurdurmaqdan imtina etməsi, saxta vaksinasiya sənədləri əldə etməsi və vaksinasiyadan yayınması, təbii ki, mövcud vəziyyətə təsir göstərdi. Bununla yanaşı, antivaksin kampaniyası indi də davam edir. Bütün bunlar nəzərə alınmalıdır. Digər tərəfdən, infeksiyanın yayılma zəncirinin qırılmasında vaksinasiya mühüm rol oynadı. Bu amili də nəzərə almaq lazımdır".
"Bir məsələni qeyd edim ki, "Omikron" ştamının müxtəlif mutasiya variantları yayılmaqda davam edir. Bunun nə vaxt sona çatacağını, yoxsa hansısa formada insan orqanizmində qalaraq qrip kimi hər il yayılacağını demək mümkün deyil. Koronaviruslar isə ötən əsrin 60-cı illərindən etibarən insanlarda mövcuddur. SARS-CoV-1 ağır nəticələrə səbəb olan üçüncü ştamdır. Əvvəlcə SARS-CoV-1, daha sonra MERS epidemiyaya səbəb oldu. İndi isə SARS-CoV-2 COVID-19 pandemiyasını yaratdı. Bundan sonra virusun necə davranacağını demək çətindir. Hər halda, hava-damcı yolu ilə yayılan infeksiya olduğuna görə onun istənilən ölkəyə yayılma ehtimalı həmişə qalır. Bildiyimə görə, hələlik COVID-19 heç bir ölkədə tamamilə aradan qalxmayıb".
medicina.az