Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida

  • 2026.11.02 16:29
  • 186 Baxış
Böyrək xərçəngi yaradan  – Hər gün yediyimiz 2 qida


Acı və yağlı qidalar böyrək xərçəngi riskini şəkərdən daha çox artırır, məsələn, souslu toyuq qanadlarını misal çəkmək olar.


Medicina.az xəbər verir ki, onkoloq və cərrah Mark Qedzinin sözlərinə görə, böyrək xərçəngi riski pis qidalanma vərdişləri ilə sıx bağlıdır.

Son illərdə böyrək xərçənginə daha tez-tez rast gəlinir.

Həkim qeyd edib ki, Rusiya böyrək xərçəngi, xəstəliyə yoluxma hallarının artım tempinə görə üçüncü yerdədir.

“Bədxassəli proses hər iki böyrəyi eyni anda zədələyərək onların funksiyasını poza bilər. Bundan əlavə, bədxassəli hüceyrələr metastaz verərək limfa sistemi və qan dövranı vasitəsilə bütün bədənə yayıla bilər”.

Həkim bildirib ki, bu təhlükəli xəstəliyə qarşı həssaslığa müxtəlif amillər təsir edə bilər. Xüsusilə, oturaq işi olanlarda, siqaret çəkənlərdə və alkoqoldan sui-istifadə edənlərdə böyrək xərçəngi riski daha yüksəkdir. Həmçinin, ağrıkəsici dərmanların nəzarətsiz istifadəsi də böyrəklərə ciddi ziyan vura bilər.

Böyrəklər insanın qidalanma tərzinə qarşı çox həssasdır. Əlavə şəkər tərkibli qidalara meyllilik böyrəklər üçün ən zərərli vərdişlərdən biridir; lakin acı və yağlı qidalar böyrək xərçəngi riskini şəkərdən daha çox artırır. "Böyrək xərçənginin inkişafına səbəb olan əsas amillərdən biri yağlı, acı və hisə verilmiş qidalarla zəngin olan qidalanma tərzidir.

O, iştahasızlıq, səbəbsiz çəki itkisi, zəiflik və ya yuxu pozuntuları kimi hallar müşahidə etdikdə tibbi müayinədən keçməyi tövsiyə edib. İnsanın vəziyyətindəki bu dəyişikliklərin hamısı böyrək şişinin əlaməti ola bilər. Daha aşkar əlamət isə bel nahiyəsində (belin aşağı hissəsində) ağrıdır.

Aygün Musayeva