Türkiyədə autizm diaqnozu qoyuldu, Bakıda başqa nəticə üzə çıxdı: Metabolik pozuntu və genetik mutasiya - VİDEO

  • 2026.10.05 12:10
  • 113 Baxış
Türkiyədə autizm diaqnozu qoyuldu, Bakıda başqa nəticə üzə çıxdı:  Metabolik pozuntu və genetik mutasiya - VİDEO

7 yaşlı Milanur 3 yaşından sonra nitq və ünsiyyət bacarıqlarında geriləmə yaşamağa başlayıb.

Medicina.az xəbər verir ki, Türkiyədə ona autizm diaqnozu qoyulub. Ailəsinin sözlərinə görə, uşaq uzun müddət müxtəlif müalicə və dəstək proqramları alsa da hərhansı irəliləyiş olmayıb.

Əsas səbəb: genetik mutasiya və metabolik pozuntu

Ailə inteqrativ müalicə üçün Azərbaycana, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə üz tutub. Mərkəzdə aparılan qiymətləndirmə zamanı Milanurun genetik və metabolik göstəriciləri də nəzərdən keçirilib və əsas problemlərin bunlardan qaynaqlandığı üzə çıxıb. Uşağa fərdi inteqrativ müalicə tətbiq olunub.

Mərkəzdə tətbiq olunan 6 aylıq inteqrativ müalicədən sonra Milanurun inkişafı diqqət çəkir.
Ailəsi deyir ki, Milanur artıq :

- diqqətini daha yaxşı toplayır
- ünsiyyət və anlama bacarıqları inkişaf edib
- təqlidetmə bacarıqları artıb
- sakitləşib
- tapşırıq və yönləndirmələrə daha düzgün cavab verir.

Qeyd edək ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində inteqrativ təbabət yanaşması zamanı uşağın ümumi sağlamlıq vəziyyəti, qidalanma xüsusiyyətləri, bağırsaq mikrobiotası, immun sistem fəaliyyəti və inkişaf göstəriciləri birlikdə qiymətləndirilir. Autizm Spektr Pozuntusunda kompleks müalicənin daha effektiv təsir göstərdiyi müşahidə olur.

Ailənin müalicədən əvvəlki və sonrakı müşahidələrini, təəssüratlarını bu link vasitəsilə izləyə bilərsiniz.