“Çox sağ ol” demədi, canından oldu

  • 2026.11.02 22:10
  • 194 Baxış
“Çox sağ ol” demədi, canından oldu


Vaxtında deyilməyən sadə bir "təşəkkür" qanlı faciəyə səbəb oldu.


Medicina.az xəbər verir ki, Texas ştatının Dallas şəhərinin sakini Sesiliya Simpson mağazaya daxil olarkən qapını digər bir müştəri qadın, Kiona Hampton üçün açıq saxlayıb.

Lakin 23 yaşlı Kiona bu jest üçün 41 yaşlı Sesiliyaya təşəkkür etmədi, bu da sonuncunun ona irad bildirməsinə səbəb olub. Bu, Kionanı qəzəbləndirib və araya mübahisə düşüb.

Münaqişə mağazanın avtomobil dayanacağında davam etdi; Kiona ona ədəb-ərkan dərsi verməyə cəsarət edən qadının ardınca getdi. Orada Kiona Sesiliyaya qarşı üç dəfə atəş açdı. Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmadı. Cinayətkar hadisə yerindən qaçıb, lakin tezliklə polis tərəfindən yaxalandı. Onun 30 il həbs cəzası alacağı ehtimal olunur.


Aygün Musayeva