Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

  • 2026.11.02 17:50
  • 187 Baxış
Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu


Oktyabrın 27-də Xankəndi şəhərində fəaliyyət göstərən Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları stasionardan kənar doğuşu uğurla başa çatdırıblar.

Medicina.az xəbər verir ki, çevik müdaxiləsi nəticəsində ana və körpəyə doğuşdan dərhal sonra ilkin tibbi yardım göstərilib. Daha sonra onlar təhlükəsiz şəkildə Bərdə Rayon Doğum Evinə çatdırılıblar.

Ana saat 06:15-də doğum evinə qəbul edilib. Hamiləliyin 38 həftə 3-cü günündə olan qadın 2880 qram çəkidə sağlam oğlan uşağı dünyaya gətirib.

Hazırda ana və körpənin ümumi vəziyyəti stabildir. Onlar həkim nəzarəti altındadır və zəruri tibbi xidmətlər göstərilir.

medicina.az