Qadın hamamına arvad paltarında girən kişi saxlanıldı

  • 2026.10.26 22:34
  • 315 Baxış
Qadın hamamına arvad paltarında girən    kişi saxlanıldı



Yaponiyada qadın qiyafəsində olan bir kişi qadın hamamına girə bilib.

Medicina.az xəbər verir ki, bu barədə Japan Today məlumat yayıb.

Hadisə 17 oktyabr axşamı EMatsuyama şəhərində baş verib. 36 yaşlı kişi gizlicə bulağın yanında yerləşən qadın spa kompleksinə girib. Daha sonra qadın qiyafəsində gizlənərək qadın hamamına gedib.

Qadın ziyarətçilərdən biri dərhal şübhələnib və mühafizəyə xəbər verib. Kişi tezliklə ifşa edilib və saxlanılıb. Dindirilmə zamanı o, Ozu şəhərində özəl şirkətdə işlədiyini bildirib. Kişi hərəkətlərini belə izah edib:

"Mən ora çılpaq qadınları görmək istədiyim üçün getdim."

Polis hazırda hadisənin səbəblərini araşdırır və həbs olunan kişinin digər oxşar cinayətlərdə iştirak edib-etmədiyini müəyyən edir.

Aygün Musayeva