Keçmiş sevgilisinə 1847 limon göndərdi

  • 2026.10.26 18:07
  • 101 Baxış
Keçmiş sevgilisinə 1847 limon  göndərdi



Keçmiş sevgilisinə səkkiz ay ərzində 1847 limon göndərdiyi iddia edilən qadın şikayət olunub. Qeyri-adi hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Medicina.az xəbər verir ki, britaniyalı Kopper-Smit adlı qadın keçmiş sevgilisi Kol Pembertona poçt çatdırılması xidməti vasitəsilə ayrı-ayrılıqda limonlar sifariş edərək göndərib. Beləliklə, səkkiz ay ərzində göndərilən limonların sayı 1847-yə çatıb.

İddialara əsasən, kişi qadını müxtəlif platformalarda bloklasa da, o, bu məhdudiyyətləri aşmaq üçün 11 fərqli hesabdan istifadə edib.

Bəzi sifarişlərə əlavə edilən qeydlərdə qadının “Nə demək istədiyimi anlayacaq” məzmunlu mesajlar yazdığı bildirilir.

Bundan başqa, qadının keçmiş sevgilisini onun barəsində təcavüz ittihamı ilə məhkəməyə verəcəyi ilə hədələdiyi də iddia olunur.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələr doğurub. İstifadəçilər ayrılıqdan sonra davamlı arzuolunmaz əlaqənin hansı məqamda təqibə çevrildiyini müzakirə edirlər.

Aygün Musayeva