Mədəkiçiltmədən sonra o hala düşdüyünü etiraf etdi

  • 2026.10.26 17:37
  • 109 Baxış
Mədəkiçiltmədən sonra o hala düşdüyünü etiraf etdi


Müğənni Tacir Şahmalıoğlu səhhətində yaşadığı problemdən sonra ilk dəfə efirə çıxıb.

Medicina.az xəbər verir ki, o, "Qonaqcanlı”da əslində mədəkiçiltmə əməliyyatı etdirdiyini etiraf edib.



" Mənim şəkərim var, dostumun məsləhətilə fetdim Türkiyəyə, həkim dedi əməliyyatın içində mədəkiçiltmə də olmalıdır. Mədəkiçiltmə etdirdim. Gəldim Bakıya və nə gəldi yedim, sən demə, ödüm partlayıb. Bilməmişik. Ona görə yenidən əməliyyat olundum".

Hazırda onun vəziyyətinin düzəldiyi qeyd olunur.

Aygün Musayeva