1960-cı ildə nüfuzlu Science jurnalında dərc olunmuş bir məqalədə 13 noyabr 2026-cı ilin Yer kürəsində insan həyatının son günü olacağı yazılmışdı. Məqalənin müəllifləri də sadəcə jurnalist və ya yazıçı deyildi, adlı-sanlı professor idi.
İndi həmin tarix yaxınlaşdıqca, dünayda bu məqalə yenidən xatırlanıb və aktiv müzakirə olunur.
Medicina.az xəbər verir ki, tədqiqatın müəllifləri kibernetika üzrə professor Heinz fon Foerster və onun iki tələbəsi Patrisiya M. Mora və Lorens V. Amiott bütün zəruri düsturlardan istifadə edərək, elmi cəhətdən əsaslandırılmış şəkildə, müəyyən bir tarixə qədər Yer kürəsinin əhalisinin "sonsuzluğa qədər artacağını" iddia etdilər.
XX əsrin ortalarında qlobal doğum nisbəti hazırkı səviyyəsindən təxminən iki dəfə çox idi, riyaziyyatçılar və sosioloqlar gələcəkdə əhalinin həddindən artıq çoxalması perspektivindən narahat idilər. İnsan artımı, qida təmin etmək ehtiyacı da daxil olmaqla, resursların mövcudluğu ilə məhdudlaşır.
Daha sonra Foerster bu tarixi hesablamaları gələcəyə tətbiq edərək "dünyanın sonu" üçün bir tarix çıxardı. Müəlliflər belə bir nəticəyə gəldilər ki, qiyamətin qarşısını almaq üçün bəşəriyyət doğum nisbətini azaltmalı olacaq.
Həmkarları Foersteri qarşı sərt tənqid etsələr də, məqalə ictimaiyyətdə rezonans doğurdu. Üstəlik, məqalənin nəticələri növbəti üç onillikdə dəfələrlə istinad edildi. "Qiyamət Tənliyi" hətta dərsliklərdə də qeyd edilmiş və müxtəlif demoqrafik müzakirələrdə istinad edilmiş, abort hüquqlarını və zərərli kimyəvi pestisidlərin geniş istifadəsini əsaslandırmışdı.
Alimlərin 1970-ci və 1980-ci illərdəki hesablamaları digər statistik modellərdən daha çox nəticə verərək olduqca ardıcıl idi. Lakin 1993-cü ilə qədər Yer kürəsinin əhalisi məqalədəki hesablamalardan geridə qalmağa başladı.
Şüurlu şəkildə və ya bilmədən bəşəriyyət özü Foersterin dünyanı xilas etmək üçün təklif etdiyi doğum azalmasına əməl etməyə başlamışdı.
Ona görə də 13 noyabrda Dünyanın sonu olacağı real görünmür.
Aygün Musayeva