ATU -nun Tədris Cərrahiyyə Klinikasında 8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat həyata keçirilib.
Medicina.az xəbər verir ki, ağrılarla müraciət edən pasiyentin müayinəsi nəticəsində öd yollarının kistası aşkarlanıb.
Uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxov tərəfindən
pasiyentə kistanın tam xaric edilməsi və öd axınının bərpası məqsədilə radikal cərrahi müdaxilə icra olunub.
Əməliyyat zamanı öd yollarının kistik hissəsi xaric edilib, qaraciyərdən gələn öd yolları ilə nazik bağırsağın acı bağırsaq hissəsi arasında Roux-en-Y üsulu ilə hepatiko-yeyunoanastomoz yaradılıb.
Xəstənin vəziyyəti yaxşıdır.
Aygün Musayeva