Dabanlarınız qupqurudursa, bu mineral çatışmır

  • 2026.11.18 16:29
  • 60 Baxış
Dabanlarınız qupqurudursa,  bu mineral çatışmır


Ayaq dərisinin həddindən artıq qurumasını yod çatışmazlığının mümkün əlaməti kimi qeyd edilib.


Medicina.az xəbər verir ki, dermatoveneroloq Yelena Yutsmyutsun sözlərinə görə, ayaq dərisi həddindən artıq quruduqda, bu, orqanizmdə müəyyən maddələrin çatışmazlığından xəbər verə bilər:

"Biz yod çatışmazlığı baxımından endemik zonada yaşayırıq. İlk müşahidə etdiyimiz hal hipoksiyadır, yəni ayaq toxumalarının qanla təchizatının pozulmasıdır".

Yutsmyuts əlavə edib ki, yod çatışmazlığı olan insanlar soyuq havada ayaq dərilərinin daha çox quruduğunu və çatlamağa meylli olduğunu müşahidə edə bilər.

Mütəxəssis yodlaşdırılmış duzdan istifadə etməyi tövsiyə edir. O vurğulayıb ki, yod tərkibli əlavələri özbaşına qəbul etmək məqsədəuyğun deyil; onları yalnız həkim təyin etməlidir.

Bundan əlavə, mütəxəssis qeyd edib ki, dərinin həddindən artıq quruması A vitamini çatışmazlığının da əlaməti ola bilər. Bu vəziyyət balanssız qidalanma və ya orqanizmin həmin vitamini düzgün mənimsəyə bilməməsi səbəbindən yarana bilər.

Aygün Musayeva