Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

  • 2026.11.16 17:00
  • 69 Baxış
Xərçəngdən sonra ən böyük qorxu:  Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Xərçəng müalicəsindən sonra pasiyentlərin ən böyük qorxusu xəstəliyin yenidən ortaya çıxmasıdır.

Medicina.az xəbər verir ki, İnteqrativ onkologiya isə müalicədən sonrakı dövrdə orqanizmin daxili balansını və müdafiə mexanizmlərini dəstəkləyərək xərçəngin təkrarlanması üçün əlverişli şəraitin yaranma riskini azaldır.

Xərçəng müalicəsi başa çatdıqdan sonra müntəzəm həkim müayinələri, laborator analizlər və görüntüləmə üsulları xəstəlik təkrarlanarsa vaxtında aşkarlamaq üçün mühüm əhəmiyyət daşıyır.

İnteqrativ tibb mütəxəssisləri bildirirlər ki, bu mərhələdə yalnız onkoloji nəzarət deyil, pasiyentin qidalanması, fiziki aktivliyi, yuxu rejimi və psixoloji vəziyyəti də diqqətdə saxlanılmalıdır.

İnteqrativ onkologiya çərçivəsində fərdi qidalanma proqramları, fiziki reabilitasiya, psixoloji dəstək və digər tamamlayıcı yanaşmalar pasiyentin ümumi sağlamlığının qorunmasına kömək edə bilər.
Bu istiqamətdə detoks proqramları, ökseotu terapiyası və yüksək dozalı vitamin C terapiyası kimi əlavə müdaxilələr də gündəmə gəlir.

İnteqrativ yanaşmada nəzərdə tutulan əsas istiqamətlər:

·Detoks proqramları – Hüceyrə səviyyəsində bərpa prosesini stimullaşdırır

·Ökseotu terapiyası – iltihabı aradan qaldırmağa və immuniteti gücləndirməyə dəstək olur

·Yüksək dozalı vitamin C – xərçəng müalicəsinin yan təsirlərini aradan qaldırmağa kömək edir
·Fərdi qidalanma proqramı – iltihab və xərçəng əleyhinə qidalarla fərdi qidalanma proqramı formalaşdırılır.

·Psixoloji dəstək- zehin və ruh sağlamlığı üçün

Mövzu ilə əlaqədar mütəxəssisin ətraflı izahını İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.