Gecələr yuxuya gedə bilmir, səhərlər isə yorğun oyanırsınız?
Müvəqqəti yorğunluq kimi qəbul edilən bu problemlər sinir sisteminin fəaliyyətində, diqqət və yaddaşda qalıcı fəsadlar yarada bilər.
Stress yuxusuzluğun əsas səbəblərindən biridir
Medicina.az xəbər verir ki, İnteqrativ Tibb mütəxəssisi, nevroloq Xədicə Xankişiyeva qeyd edir ki,
yuxu pozğunluqlarının səbəbləri hər insanda fərqli ola bilər. Stress, narahatlıq, hormonal dəyişikliklər, bəzi xəstəliklər, istifadə edilmiş dərmanların təsiri, gündəlik rejimin pozulması və s.
Yuxu çatışmazlığı yaddaş və diqqəti zəiflədir
Nevroloqun sözlərinə görə, yuxu zamanı yaddaşın möhkəmlənməsi, sinir hüceyrələri arasındakı əlaqələrin tənzimlənməsi və beynin bərpa prosesləri həyata keçirilir. Yuxu çatışmazlığı isə diqqət, konsentrasiya və yaddaş funksiyalarına mənfi təsir göstərə bilər.
Yuxusuzluğun müalicəsində fərdi yanaşma
Nevroloq Xədicə Xankişiyeva bildirir ki, inteqrativ yanaşmada yuxusuzluğun müalicəsi yalnız simptomların aradan qaldırılması ilə məhdudlaşmır. Müalicə planında ilkin mərhələdə drenaj-detoksikasiya prosedurları nəzərdə tutulur. Bu yanaşma orqanizmin toksik yükünün azaldılmasına və növbəti müalicə mərhələsinə hazırlanmasına yönəlib.
Yuxusuzluğun səbəblərindən asılı olaraq
ozonoterapiya da müalicə planına daxil edilə bilər. Prosedurun hüceyrə metabolizmini, antioksidant müdafiə mexanizmlərini və beynin oksigenlə təminatını dəstəkləməsi nəzərdə tutulur.
Nevroloq vurğulayır ki, yuxu pozğunluqlarının kompleks müalicəsində fərdi yanaşma əsas götürülür. Zərurət yarandıqda müalicə prosesinə psixoloq və qastroenteroloq da cəlb edilərək problemin müxtəlif aspektləri araşdırılır.
Mütəxəssisin mövzu ilə əlaqədar açıqlamasını İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.