Çox çay içmək ürəyi yükləyir

  • 2026.11.12 16:08
  • 89 Baxış
Çox  çay içmək ürəyi yükləyir


Tibb elmləri namizədi İrina Berejnayanın sözlərinə görə, bəzi insanlar çay içdikdən sonra özlərini pis hiss edə bilərlər.

Medicina.az xəbər verir ki, onun sözlərinə görə, çay istehlakı tərkibindəki yüksək dozada kofein səbəbindən orqanizmdə xoşagəlməz reaksiyalara yol aça bilər:


"Çayda qəhvəyə nisbətən dörd dəfə çox kofein var. Təbii kofein adətən orqanizm tərəfindən yaxşı qəbul edilsə də, bəzi insanlarda ona qarşı xüsusi həssaslıq mövcuddur".

Həkim qeyd edib ki, çaydakı kofeinə qarşı bu həssaslıq qarın ağrısı, həzm pozğunluqları və ya baş ağrısı kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, yüksək kofein tərkibli çay qan təzyiqinin yüksəlməsinə və taxikardiyanın (ürək döyüntülərinin sürətlənməsi) yaranmasına gətirib çıxara bilər.

Dr. Berejnaya əlavə edib ki, günün ikinci yarısında və ya axşam saatlarında çay içməkdən çəkinmək daha yaxşıdır.

"Çayı uyğun olmayan vaxtlarda içməyi vərdiş halına salmaq, hətta kofeini normal qəbul edən insanlarda belə yuxu pozğunluğuna səbəb ola bilər”.

Həkim həmçinin bildirib ki, yeməkdən dərhal sonra çay içmək məsləhət deyil. Çayın tərkibindəki yüksək miqdarda tanninlər qida maddələrinin, vitaminlərin və mikroelementlərin orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Çayı yeməklər arasında içmək daha düzgündür və çayı çox tünd etməyin.

Aygün M.