Kimlərə broyler toyuğu əti yemək olmaz?

  • 2026.11.11 15:11
  • 119 Baxış
Kimlərə broyler toyuğu əti yemək olmaz?



Toyuq əti, xüsusilə broyler filesi, yumurta kimi hamı üçün uyğun deyil.

Medicina.az xəbər verir ki, nutrisioloq İrina Pisarevanın sözlərinə görə,
toyuq yumurtası, xüsusən də yumurta ağına qarşı allergiyası olan insanlar üçün toyuq ətindən hazırlanmış yeməklər əks-göstəriş ola bilər:

"Əgər toyuq yumurtasına qarşı allergiyanız varsa, bir müddət toyuq ətini azaltmağınız tövsiyə olunur".

Pisareva əlavə edib ki, toyuq əti yemək üçün digər əks-göstəriş purin mübadiləsinin pozulmasıdır. Bu vəziyyətdə orqanizm purinləri (bir növ zülal birləşməsi) düzgün şəkildə emal edə bilmir. Bu isə sidik turşusu səviyyəsinin artmasına və podaqra kimi müəyyən xəstəliklərin inkişafına səbəb olur.

"Purin mübadiləsi pozulmuş insanlar üçün toyuq əti əks-göstərişdir, çünki toyuq ətində purin miqdarı yüksəkdir".

Pisareva bildirir ki, belə əks-göstərişləri olmayanlar üçün toyuq ətindən hazırlanmış yeməklər soyuq aylarda qidalanma rasionuna əla əlavə ola bilər. Toyuq əti immunitet sistemini gücləndirən mikroelement olan sinklə zəngindir. O, həmçinin immunitet sisteminin düzgün fəaliyyətini dəstəkləyən zülalla da zəngindir.

Aygün Musayeva