10 yaşlı qız qarın ağrısı ilə xəstəxanaya gətirildi – Hamilə olduğu üzə çıxdı

  • 2026.10.28 22:07
  • 409 Baxış
10 yaşlı  qız qarın ağrısı ilə xəstəxanaya  gətirildi  – Hamilə olduğu üzə çıxdı



Argentinada 10 yaşlı qız altı aylıq hamilə qalıb. Onun ögey atası cinsi təcavüzdə ittiham olunub.

Medicina.az xəbər verir ki, 10 yaşlı qız əvvəlcə şiddətli qarın ağrısı səbəbindən xəstəxanaya yerləşdirilib, lakin sonradan cinsi təcavüzün qurbanı olduğu məlum olub.

Uşağı xəstəxanaya 25 yaşlı anası gətirib. Həkimlər qızı müayinə etdikdən sonra onun hamilə olduğunu bildiriblər və polisə zəng ediblər. Argentina hüquq-mühafizə orqanları qızın anasının 33 yaşlı partnyorunu saxlayıb.

Yerli medianın məlumatına görə, qadın kişi ilə Facebook-da tanış olub. Bir neçə ay sonra cütlük birlikdə yaşamağa başlayıb. Media orqanları 33 yaşlı kişinin partnyorunun qızına bir neçə ay ərzində zorakılıq etdiyini bildirir.

25 yaşlı qadın da hamilədir və 33 yaşlı kişinin uşağın atası olduğu güman edilir.

Zərərçəkənin nənəsi kişinin qızına və nəvəsinə qarşı aqressiv davrandığını bildirib. Onun sözlərinə görə, o, əvvəllər dəfələrlə qıza 33 yaşlı qadınla tək qalmaması barədə xəbərdarlıq edib. Qız müstəntiqlərə anasının partnyorunun onu dəfələrlə zorakılığa məruz qoyduğunu və təqib etdiyini təsdiqləyib.

Aygün Musayeva