Papillomanı yandırmaq kifayət deyil! - HPV varsa törəmə yenidən yarana bilər

  • 2026.10.28 15:53
  • 116 Baxış
Papillomanı yandırmaq kifayət deyil! -  HPV varsa törəmə yenidən yarana bilər

Papilloma törəmələrinin yandırılması və ya digər üsullarla götürülməsi insan papilloma virusunun (HPV) orqanizmdən tam təmizlənməsi demək deyil. Virus orqanizmdə qalıbsa törəmənin təkrar yaranma riski ortaya çıxır.

Medicina.az xəbər verir ki, HPV uzun müddət orqanizmdə simptomsuz qala bilər. Virusun müəyyən növləri özünü sadəcə ziyil, xoş xassəli törəmə kimi, yüksək riskli növləri isə uşaqlıq boynunun xərçəngi olaraq biruzə verir.

Papillomanı yandırmaq problemi həll edirmi?

Papillomanın yandırılması və ya digər üsullarla götürülməsi virusun da yox olmasına zəmanət vermir. Bəzi hallarda törəmələr yenidən yaranır.

HPV-nin növünü aydınlaşdırmaq vacibdir

İnteqrativ Tibb Mütəxəssisi, mama- ginekoloq Nərmin Rəhimova qeyd edir ki, HPV-nin konkret tipinin aşkarlanması pasiyentin risk səviyyəsini qiymətləndirməyə və müalicədə növbəti addımları müəyyənləşdirməyə imkan verir. Bioloji Təbabət İnteqrativ Müalicə mərkəzində 28 tip HPV paneli PCR üsulu ilə həyata keçirilir. Həm yüksək, həm aşağı riskli virus növləri cəmi bir analizlə asanlıqla aşkarlanır.

Mama-ginekoloq qeyd edir ki, orqanizm artıq virusa yoluxubsa HPV peyvəndinin vurulması heç bir effekt vermir. Mütəxəssis belə hallarda inteqrativ yanaşmaya müraciət etdiklərini bildirir.

İnteqrativ yanaşma çərşivəsində HPV ilə əsas mübarizə vasitəsi Helixor preparatıdır. Öksəotu (Viscum album) ekstraktı əsasında hazırlanan bu preparat bədənin immunitetini dəstəkləyərək virusa yoluxmuş hüceyrələri təbii surətdə məhv edir.

Başqa sözlə sadəcə simptomlar yox edilmir, bədənin immun sistemi gücləndirilərək orqanizmin özünübərpa və müdafiə funksiyası aktivləşdirilir.

İnteqrativ Tibb mütəxəssisinin mövzuya aid ətraflı izahını İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.