Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

  • 2026.10.01 13:37
  • 243 Baxış
Qız övladı atanın ömrünü uzadır   - Alimlər sübut etdi



Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib.

Medicina.az xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir.

Maraqlıdır ki, həmin araşdırmada oğlan övladlarının sayının ataların ömrünə eyni təsiri göstərdiyi müşahidə olunmayıb.


Tədqiqatçılar bunun mümkün səbəbləri arasında qızların valideynləri ilə daha sıx emosional əlaqə saxlamasını, yaşlandıqda valideynlərə daha çox sosial və praktiki dəstək göstərməsini ehtimal edirlər.

Övladın cinsi ilə valideynin sağlamlığı və uzunömürlülüyü arasında düşündüyümüzdən daha mürəkkəb əlaqələr ola bilər.

Aygün Musayeva