Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir - Putin

  • 2026.11.12 21:04
  • 102 Baxış
Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir  - Putin



Rusiya Prezidenti Vladimir Putin \ Moskvada keçirilən sammitində çıxışı zamanı bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərdən birinə patogenlərin daxil olması digərlərini də risk altına qoyur. O, epidemioloji təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasını təklif edib.


Medicina.az xəbər verir ki, "Rospotrebnadzor"un (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) rəhbəri Anna Popovanın məruzəsini dinlədikdən sonra Putin qeyd edib:

"Qlobal miqyasda epidemioloji təhlükəsizliklə bağlı vəziyyət mürəkkəbdir. Ölkələrimizdən birinə hər hansı patogenin daxil olması digərlərini də təhlükə qarşısında qoyur".

Popova izah edib: "Patogenin daxil olması mümkündür; bizim əsas məqsədimiz onun yayılmasının qarşısını almaqdır". O, həmçinin qeyd edib ki, vəba və taun xəstəlikləri ilə bağlı qlobal vəziyyət olduqca çətindir.

Prezident sənədin hazırlanması ilə bağlı mövcud vəziyyəti soruşaraq bildirib: "Normativ-hüquqi bazanın gücləndirilməsi kontekstində bu, KTMT-yə üzv dövlətlər arasında həmin sahədə əməkdaşlıq haqqında sazişin hazırlanmasını və imzalanmasını nəzərdə tutur".


Aygün Musayeva