Hisə verilmiş qidaların xərçəng yaratması sübut olundu

  • 2026.11.13 15:43
  • 112 Baxış
Hisə verilmiş qidaların xərçəng yaratması    sübut olundu


Xərçəng hallarının əksəriyyəti kanserogenlərin təsiri nəticəsində yaranır.


Medicina.az xəbər verir ki, onkoloq İvan Karasevin sözlərinə görə, hisə verilmiş məhsulların müntəzəm istehlakı zamanı belə kanserogen təsirlər müşahidə oluna bilər. Həkim, hisə verilmiş kolbasa və ya digər hisə verilmiş ət məhsullarının gündəlik qida rasionuna daxil edilməməsini tövsiyə edir.


"Hisə verilmiş kolbasa dad gücləndiriciləri ilə qarışdırılmış yağlı ət qırıntılarından ibarət emal olunmuş ət məhsuludur. Onun tərkibində heç bir faydalı maddə yoxdur".

Onkoloq bildirib ki, isti üsulla hisə verilmiş məhsullar, tərkibindəki kanserogenlərin insan orqanizminə göstərdiyi təsirə görə xüsusilə zərərlidir. Karasev bildirib ki, qeyri-sağlam qidalanma bağırsaq traktında poliplərin yaranmasına ciddi təkan verir; bu poliplər isə gələcəkdə bədxassəli şişlərə çevrilə bilər. Mütəxəssisin sözlərinə görə, qızardılmış, ədviyyatlı və ya yağlı qidalara, eləcə də hisə verilmiş məhsullara üstünlük vermək kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.

Aygün Musayeva