Qazaxıstanlı iş adamının oğlunun gözü Bakıda açıldı- Şok müalicə - VİDEO

  • 2026.09.28 18:50
  • 360 Baxış
Qazaxıstanlı iş adamının oğlunun gözü Bakıda açıldı - Şok müalicə - VİDEO



Qazaxıstanlı iş adamı Talqat Süleymanov qəzadan sonra oğlunun gözündə yaranan görmə sinirinin atrofiyası xəstəliyinin müalicəsi üçün Moskvadakı ən yaxşı oftalmoloqlara müraciət etsə də, hər kəs bu xəstəliyin müalicə olunmayacağını deyirdi.

Medicina.az xəbər verir ki, ata çarəsiz halda oğlunun gözünü açmaq üçün yol axtardığı zaman təsadüfən sosial şəbəkədə Bakıdakı həkimin çıxışını görür. Bu həkim professor Rasim Hacıyev və qızı Nərminə Hacıyeva idi.

Oftalmoloq Nərminə Hacıyeva Qazaxıstandan bir pasiyendə görmə siniri atrofiyasını müalicə etdiyi barədə video paylaşmışdı.

Talqat Süleymanov gözlərinə inanmır.
Amma oğlunun xilası üçün sınamaq qərarına gəlir.

“Mən videonu yoldaşıma göndərdim, dedim, dərhal Bakıya get. O, oğlumla Bakıya, klinikaya getdi. Nərminə həkim deyib ki, müalicəyə başlayaq. Sonra yoldaşım zəng etdi ki, bilirsən, necə müalicə edir, uşağın çiyninə peyvənd vurur. Dedim eybi yox. Nə edirsə razıyıq.

Yanvarda müalicə olur, martda yenidən Moskvaya gedirik. Uşağın gözündə yaxşılaşma ordakı həkimləri heyrətləndirdi. Soruşdular ki, siz nə etmisiz, axı atrofiya müalicə olunmur, dünyada belə təcrübə yoxdur. Dedim baxın, əvvəlki, sonrakı müayinə nəticələri, bu da həkimin müalicəsi. Bakıda bu peyvəndlə müalicə olunur. Bu möcüzə idi”.

Qeyd edək ki, medicina.az illər öncə Azərbaycanın tanınmış oftalmoloqu, professor Rasim Hacıyevin dünyada analoqu olmayan müalicəsi barədə yazmışdı. Oftalmoloq Nərminə Hacıyeva isə onun qızıdır. Onlar dünyada müalicə olunmayan görmə sinirinin atrofiyasını xüsusi metodla müalicə edirlər.

Aygün Musayeva
MEDİCİNA.AZ