Hər gün fərqində olmadan orqanizmimiz toksin maddələrlə yüklənir.
Medicina.az xəbər verir ki, terapevt Gülnar Quliyeva bildirir ki, orqanizm toksinlərdən təmizlənmədikdə heçbir xroniki xəstəliyin müalicəsi tam effekt verə bilməz.
Toksinlər nədir və orqanizmə necə daxil olur?
İnteqrativ Tibb mütəxəssis qeyd edir ki, toksinlər orqanizmin hüceyrələrinin normal fəaliyyətinə mənfi təsir göstərən, bioloji sistemlər üçün zərərli maddələrdir.
Onlar əsasən ətraf mühitdən orqanizmə daxil olur:
1-Çirkli hava
2-Kran suyu
3-Pestisidli qidalar
4-Plastik qablar
5-Təmizlik və kosmetika vasitələri
6-Ağır metallar
Orqanizmdə toksinlərin yüklənməsi sağlamlıq risklərini artırır və ənənəvi müalicələrin təsiri azalır.
Orqanizm toksinlərdən necə təmizlənməlidir?
İnteqrativ Tibb Mütəxəssisi, terapevt Gülnar Quliyeva qeyd edir ki, orqanizm bu maddələrin əksəriyyətini təbii müdafiə və xaricetmə mexanizmləri vasitəsilə xaric edir. Bədənin təbii detoksikasiya sisteminin əsas yükünü bir neçə orqan daşıyır:
• Qaraciyər – müxtəlif zərərli maddələri kimyəvi çevrilmələrə uğradaraq onların orqanizmdən xaric edilməsinə şərait yaradır.Böyrəklər – qandakı tullantıları süzür və sidik vasitəsilə xaric edir.
Bağırsaqlar – həzm tullantılarının və bəzi emal olunmuş maddələrin nəcislə bədəndən atılmasını təmin edir.
Ağciyərlər – karbon qazı və digər uçucu maddələrin xaric edilməsində iştirak edir.
Dəri – tərləmə vasitəsilə müəyyən maddələrin xaric olunmasına kömək edir.
Lakin bədən toksinlərlə davamlı yükləndikdə bu orqanların fəaliyyəti xaricetməni çatdıra bilmir. Bu baxımdan bədənin təbii
drenaj-detoksikasiya orqanlarının dəstəklənməsinə ehtiyac yaranır.
İnteqrativ tibbdə drenaj-detoksikasiya yanaşması
Mütəxəssis bildirir ki, inteqrativ tibbi yanaşmada bütün pasiyentlərə ilkin olaraq drenaj-detoksikasiya proseduru həyata keçirirlir. Pasiyentin orqanizmi toksinlərdən təmizlənir ki, növbəti müalicə üçünü əlverişli mühit yaransın və istənilən müalicə daha təsirli olsun.
Bu yanaşma çərçivəsində mütəxəssis tərəfindən pasiyentin vəziyyəti qiymətləndirilir,
biotənzimləyici preparatlar və digər dəstəkləyici üsullardan istifadə edilir.
Məqsəd orqanizmin təbii özünütənzimləmə mexanizmlərini dəstəkləmək və müalicə prosesinə kompleks yanaşmaqdır.