Son dövrlər uşaqlar arasında anemiya hallarına çox rast gəlinir. Mütəxəssislər qidalanmaya diqqət çəkirlər.
Medicina.az xəbər verir ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin pediatrı Sevinc Abdullayevanın sözlərinə görə, əsasən bağırsaqlarda qida maddələrinin sovrulmasının (rezorbsiya) pozulması dəmir çatışmazlığı anemiyasını ortaya çıxarır. Bu, fast-food, hazır və qida dəyəri aşağı olan məhsulların çox istehlakı, eləcə də dəmirlə zəngin qidaların az qəbulu ilə əlaqədardır.
Mütəxəssis bildirir ki, uşaqların telef
Əon və ya digər elektron cihazlara baxaraq qidalanması da beynin maddələrin paylanmasına nəzarətini zəiflədir və dolayı yolla anemiyaya gətirib çıxara bilər.
Anemiyanın digər risk faktorlarına hamiləlik dövründə anada dəmir çatışmazlığı, vaxtından əvvəl doğuş, mədə-bağırsaq xəstəlikləri və parazitar infeksiyalar daxildir.
Anemiyanın əsas əlamətləri
Dərinin solğunlaşması, halsızlıq, tez yorulma, iştahasızlıq, dəridə quruluq və dırnaqların kövrəkləşməsi anemiyanın əsas əlamətlərindəndir. Anemiya zamanı uşaqlarda diqqət və konsentrasiyanın zəifləməsi, fiziki aktivliyin azalması da müşahidə oluna bilər.
Anemiyanın İnteqrativ müalicəsi
İnteqrativ Tibb Mütəxəssisi Sevinc Abdullayeva bildirir ki, anemiyanın müalicəsində ilk növbədə onun dəqiq səbəbi müəyyənləşdirilməlidir. Bundan sonra biotənzimləyici preparatlar vasitəsilə kompleks müalicə aparıla bilər.
İnteqrativ yanaşma çərçivəsində ənənəvi tibblə yanaşı aşağıdakı yanaşmalar da tətbiq olunur.
-Drenaj-detoksikasiya
-Bağırsaq mikroflorasının bərpası
-İmmun sisteminin stimulyasiyası
-Qidalanma və gündəlik rejimin tənzimlənməsi
Mütəxəssisin mövzu ilə bağlı ətraflı izahını İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.