Kök şirəsi orqanizmə belə zərər verə bilər

  • 2026.11.17 15:32
  • 55 Baxış
Kök şirəsi orqanizmə belə zərər verə bilər


Kök şirəsinə həddindən artıq aludə olmaq qaraciyərə mənfi təsir göstərə bilər.

Medicina.az xəbər verir ki, əczaçı İqor Sokolski bu barədə xəbərdarlıq edib.


Kökün danılmaz faydalarından biri onun tərkibindəki yüksək miqdarda karotenoidlərdir. Orqanizm bu maddələri A vitamininə çevirir; A vitamini isə güclü immun sistemini qorumaq və bədənin gəncliyini saxlamaq üçün vacibdir.

Lakin mütəxəssis xəbərdarlıq edir ki, bu maddələrin həddindən artıq qəbul edilməsi qaraciyərə mənfi təsir göstərə bilər:


"Kök həddindən çox qəbul edildikdə, bütün karotenoidlər düzgün şəkildə metabolizə olunmur. Bu, qaraciyər funksiyasının pozulmasına və nəticədə 'karotenoid sarılığı'na səbəb ola bilər. Adi sarılıqda olduğu kimi, bu vəziyyətdə də gözün ağ qişası, ovuc içləri və dəri saralır".

Mütəxəssis əlavə edib ki, bütöv kökdən daha çox, kök şirəsi bu cür zərər verə bilər. Bu içkidə karotenoidlərin qatılığı çox yüksəkdir, lakin onların sorulma prosesini ləngidən liflər (sellüloz) yoxdur. Kök şirəsini böyük miqdarda içmək asan olduğu üçün orqanizmdə karotenoidlərin "doza həddinin aşılması" riski yaranır – bütöv kök yeməklə bu miqdarı qəbul etmək praktiki olaraq qeyri-mümkündür.

Aygün Musayeva