Uşağınız tez-tez xəstələnir? - Allergiyanı soyuqdəymə ilə səhv salmayın

  • 2026.11.03 14:22
  • 127 Baxış
Uşağınız tez-tez xəstələnir? -  Allergiyanı soyuqdəymə ilə səhv salmayın

Uşaqlarda tez-tez təkrarlanan burun axması, öskürək və halsızlığın səbəbi allergiya ola bilər. X

Medicina.az xəbər verir ki, xüsusilə mövsümi allergiya uşaqların gündəlik həyatına, yuxu rejiminə və ümumi vəziyyətinə təsir göstərir.

Soyuqdəymə və halsızlıq deyib gözardı etməyin!

Əgər səhərlər burun tutulması, gecə öskürəyi, tez yorulma kimi simptomlardan bir neçəsi uşağınızda təkrarlanırsa, bunu yalnız soyuqdəymə və ya adi halsızlıq kimi qiymətləndirməyin. Allergiyanın vaxtında müəyyənləşdirilməsi simptomların nəzarət altına alınması və uyğun müalicənin seçilməsi baxımından əhəmiyyətlidir.

İnteqrativ tibb mütəxəssisi, pediatr Sevinc Abdullayeva soyuqdəymə ilə səhv sala biləcəyiniz 5 allergiya əlamətinə diqqət çəkir. Bu əlamətlərdən bəhs etdiyi videonu İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.

Mütəxəssis bildirir ki, inteqrativ yanaşma çərçivəsində allergiyanın müalicəsində ilkin olaraq drenaj prosedurlarına yer verilir. Onun sözlərinə görə, bu yanaşma orqanizmin allergen və toksik yükünün azaldılmasına yönəlib.

Allergiyanın növündən və fərdi xüsusiyyətlərindən asılı olaraq drenaj yanaşması limfa, damar və ya mədə-bağırsaq sistemi istiqamətində, biotənzimləyici preparatlar və qidalanma dəyişikliyi vasitəsilə tətbiq olunur. Bu mərhələnin məqsədi orqanizmin ümumi vəziyyətini yaxşılaşdırmaq və sonrakı müalicə tədbirləri üçün əlverişli şərait yaratmaqdır.

İnteqrativ yanaşmada növbəti mərhələ immun sisteminin fəaliyyətinin tənzimlənməsinə yönəldilir. Bununla yanaşı, uşağın gündəlik həyat tərzi də müalicə prosesində mühüm rol oynayır. Sağlam yuxu rejimi, düzgün və balanslı qidalanma, təmiz havada vaxt keçirmək immun sisteminin normal fəaliyyətini dəstəkləyən əsas amillər hesab olunur.

Uşaqlarda allergiyanın səbəblərini araşdırmaq və düzgün müalicə yanaşmasını müəyyənləşdirmək üçün Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edə bilərsiniz.