Autizm yox, kəllədaxili qanaxma imiş - Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

  • 2026.11.02 12:16
  • 124 Baxış
Autizm yox, kəllədaxili qanaxma imiş -  Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Türkiyədə autizm diaqnozu qoyulan 6 yaşlı uşaqda tamamilə fərqli problem aşkarlanıb.

Medicina.az xəbər verir ki, Azərbaycana müalicə məqsədilə gələn ailə uşaqda kəllədaxili qanaxma olduğunu öyrəniblər. Autizm əlamətləri kimi qiymətləndirilən simptomlarının arxasında da bu səbəb dayanıb.

Ananın sözlərinə görə övladına 1 yaşında Türkiyədə autizm diaqnozu qoyulub. Uzun müddət müxtəlif müalicələrə müraciət etsələr də, gözlənilən nəticəni əldə edə bilməyiblər. Daha sonra ailə fərqli müalicə üçün Azərbaycana üz tutub. Bakıda inteqrativ yanaşma çərçivəsində aparılan xüsusi müayinə və araşdırmalar zamanı uşağın vəziyyətinin fərqli səbəblərlə əlaqəli olduğu müəyyənləşdirilib.


“İlk dəfə adına reaksiya verdi”

Bakıda inteqrativ müalicəyə başlayan 6 yaşlı Malik Eskiocakda müalicə prosesinin gedişində ailənin diqqətini çəkən dəyişikliklər müşahidə olunub.

Ananın sözlərinə görə, uşağın göz təması artıb, yan baxışları azalıb və adına müraciət edildikdə reaksiya verməyə başlayıb. Ailəni xüsusilə sevindirən məqamlardan biri isə uşağın ilk dəfə adına reaksiya verməsi, eyni zamanda parkda oynayaraq ətraf mühitə daha çox maraq göstərməsi olub.

İnteqrativ yanaşmada əsas məqsəd səbəbin araşdırılmasıdır

İnteqrativ tibb mütəxəssisi, uzman pediatr Lalə Nəsirova bildirir ki, uşaqlarda inkişaf və davranışla bağlı müşahidə olunan əlamətlərin düzgün qiymətləndirilməsi, mümkün səbəblərin dərindən araşdırılması və fərdi yanaşmanın müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Məhz bu araşdırmalar uşaqda gerçək səbəbi üzə çıxarıb və uğurlu nəticə əldə olunub.

Ailənin təəssüratlarını İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.