Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

  • 2026.10.30 21:36
  • 129 Baxış
Başı ağrıyan kişinin gözündən    bitki toxumu çıxarıldı


Rusiyanın Yakutiya əyalətində 42 yaşlı kişinin gözündə kök atan bitki toxumu çıxarılıb.

Medicina.az xəbər verir ki, toxum adamın gözündə düz 4 ay qalmışdı.


Maksim Slepsov adlı pasiyent gözündə və başında şiddətli ağrılardan xəstəxanaya baş vurmalı olub.


Onun gözündən toxum çıxarılanda yay aylarında meşədə gözünə ağac budağı ilə zərər verdiyi yadına düşdü. Gözünə girən ağac parçası çıxsa da, sonradan gözü qızarıb iltihablanmışdı. Görünür budaqda olan millemetrlik toxum gözün içində ilişib qalıb.


Aygün Musayeva