Son dövrlər kollagenin sadəcə qida əlavəsi formasında deyil, inyeksiya üsulu ilə tətbiqi diqqət mərkəzindədir.
Orqanizmin əsas struktur zülallarından biri olan kollagen sümüklərə möhkəmlik, qığırdaqlara elastiklik, bağ və vətərlərə isə davamlılıq qazandırır. Bədəndəki ümumi zülalların təxminən 30 faizini təşkil edən bu maddə dayaq-hərəkət sisteminin sağlamlığında mühüm rol oynayır.
Oynaq ağrıları zamanı kollagen inyeksiyaları
Bu inyeksiyalar oynaqdaxili (intraartikulyar) və oynaqətrafı (periartikulyar) üsullarla həyata keçirilə bilər.
İnteqrativ Tibb Mütəxəssisi, həkim-fizioterapevt Nuriyyə Əlibəylinin fikrincə, düzgün diaqnoz qoyulmuş və müalicə üçün uyğun seçilmiş pasiyentlərdə kollagen inyeksiyaları ağrıların azaldılmasına və oynaq funksiyasının yaxşılaşdırılmasına dəstək olur.
Mütəxəssis qeyd edir ki, oynaq ağrıları, hərəkət məhdudluğu və qığırdaq dəyişiklikləri müxtəlif səbəblərdən yarana bilər. Buna görə də müalicədən əvvəl problemin səbəbinin və xəstəliyin mərhələsinin müəyyənləşdirilməsi vacibdir.
Oynaq ağrılarında kollagenin tətbiqi haqqında mütəxəssisin ətraflı izahını İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.