Kazanda həkimlər nadir anomaliyası olan 18 yaşlı bir qadına əməliyyat keçiriblər. Pasiyentin uşaqlığının içərisində ikinci bir uşaqlıq əmələ gəlib.
Medicina.az xəbər verir ki, qız menstrual dövrünün başlanğıcı ilə dözülməz ağrılardan əziyyət çəkirdi. Əvvəlcə ağrıkəsicilər sınayıb, amma sonda onlar da təsirini dayandırıb. Müayinə zamanı məlum olub ki, dölün inkişafı zamanı uşaqlığının içərisində başqa bir uşaqlıq (Acum uşaqlığı) əmələ gəlib. Həkimlər qovşaqda natamam formalaşmış uşaqlıq borusu aşkar ediblər. Bütün bunlar ektopik hamiləlik riskini artırıb.
Qadın mürəkkəb rekonstruktiv əməliyyat üçün Tatarıstan Respublika Klinik Xəstəxanasının ginekologiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Zolxabire Fatıxova və mama-ginekoloq Landış Danilova laparoskopik şəkildə (kiçik kəsiklər vasitəsilə) uşaqlığı, inkişaf etməmiş uşaqlıq borusunu çıxarmaq və uşaqlıq divarını bərpa etmək üçün 2,5 saat vaxt sərf ediblər. Qadın artıq evdədir və özünü yaxşı hiss edir.
Aygün Musayeva