1 saylı Respublika Psixiatriya xəstəxanasında ölüm hadisəsi olub.
Medicina.az xəbər verir ki, ötən gün saat 09 radələrində xəstəxanada müalicə alan şizofreniya xəstəsi Bakı sakini 52 yaşlı Asif Qiyas oğlu Qurbanov vəfat edib.
Onun hansı səbəbdən öldüyü məlum deyil.
Faktla bağlı araşdırma aparılır.